Bank Of Baku

Yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsində 4 mlrd. dollarlıq müsbət saldo yaranıb

Yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsində 4 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 09 sentyabr 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 126 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edərək 10,4 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 7,2 mlrd. dollarını (68,8%-ni) ölkədən ixrac olunmuş mallar, 3,2 mlrd. dollarını (31,2%-ni) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 4 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac-idxal əməliyyatlarının 52,4%-i Avropa, 32,8%-i Asiya, 13,6%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,7%-i) İtaliya, ABŞ, Rusiya, Fransa, İsrail, Türkiyə, Almaniya, İndoneziya, Kanada, Ukrayna, Böyük Britaniya, Tayvan (Çinin əyaləti), Gürcüstan, Çin, Hindistan və Malayziya ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR