Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanın daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 10 sentyabr 2009 07:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyətinə (ASC) sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, «Bakı Sığorta» ASC-yə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqust ayında fəaliyyətə başlayıb. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,5 mln. manat, ödənişləri isə 73,991 min manat təşkil edib. İyulun 1-i vəziyyətinə şirkətin nizamnamə kapitalı 800 min manat olub. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR