«AXA MBASK»ın ISO standartı üzrə keyfiyyət sertifikatı yenidən təsdiqlənib

«AXA MBASK»ın ISO standartı üzrə keyfiyyət sertifikatı yenidən təsdiqlənib
# 26 may 2011 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkətinin ISO 9001:2008 standartı üzrə beynəlxalq keyfiyyət sertifikatı yenidən təsdiqlənib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Moody International» şirkətinin mütəxəssisləri «AXA MBASK» sığorta şirkətinin keyfiyyət menecmenti sisteminin auditor yoxlamasını apararaq onun ISO 9001:2008 beynəlxalq standartının tələblərinə uyğun olduğunu təsdiqləyiblər.

«AXA MBASK» şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasovun sözlərinə görə, şirkət üçün ISO sistemi ilk növbədə həqiqi işlək olan keyfiyyətli idarəetmə sistemi, habelə fəaliyyətin beynəlxalq standartlara uyğun olmasına bir zəmanətdir. «Bu sertifikat sığorta xidmətlərinin yüksək keyfiyyətini təsdiqləyir və şirkətdəki işgüzar proseslərin səmərəli idarə olunmasına dəlalət edir. Biz şirkətdəki işgüzar prosesləri daim təkmilləşdirmək vəzifəsini qarşıya qoymuşuq və keyfiyyət menecmenti sistemi də həmin vəzifəni yerinə yetirməkdə mühüm əhəmiyyətə malikdir», - deyə R.Abbasov bildirib.

Xatırladaq ki, şirkətə beynəlxalq keyfiyyət standartları üzrə ilk ISO sertifikatı 2004-cü ildə verilib.

Qeyd edək ki, «AXA MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR