"ABB-İnvest İnvestisiya Şirkəti” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-ci ildə "ABB-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2022-ci illə müqayisədə 4% azalaraq 602.3 min manata bərabər olub. 2022-ci ildə şirkətin xalis mənfəəti 627.8 min manata bərabər idi.
Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 37.8% artaraq 596 min 740 manat, qeyri-faiz gəlirləri 12% azalaraq 957 min 652 manat, qeyri-faiz xərcləri isə 8% artaraq 794 min 960 təşkil edib. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 759 min 432 manat olub ki, bu rəqəm 2022-ci illə müqayisədə 3.5% azdır.
2023-cü ildə şirkətin cəmi aktivləri 51% və ya 7 milyon 426.4 min manat artaraq 21 milyon 969.8 min manat, cəmi öhdəlikləri isə 61.8% və ya 6 milyon 607.5 min manat artaraq 17 milyon 299.4 min manat təşkil edib.
2024-cü ilin yanvar ayının 1-nə "ABB-İnvest İnvestisiya Şirkəti” nin cəmi kapitalı 4 milyon 670.3 min manata bərabər olub ki, bu da illik müqayisədə 21,3% çoxdur.