AccessBank Azərikard Prosessinq Mərkəzinə miqrasiya edib

AccessBank Azərikard Prosessinq Mərkəzinə miqrasiya edib
# 29 fevral 2024 10:49 (UTC +04:00)

AccessBank müştərilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə göstərilən xidmət çeşidlərinin genişləndirilməsi məqsədilə Azərikard Prosessinq Mərkəzinə keçid edib.

"APA-Economics" xəbər verir ki, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün AccessBank-ın texnoloji imkanlarını davamlı olaraq təkmilləşdirmək strategiyasının tərkib hissəsi olan miqrasiya fevralın 22-də saat 10:00-dan 22:00-dək həyata keçirilib. Hər iki komandanın yüksək peşəkarlığı və dəqiq planlaşdırması sayəsində miqrasiya prosesi uğurla həyata keçirilib.

Prosessinq mərkəzinə miqrasiya nəticəsində AccessBank müştəriləri yeni imkanlardan yararlana biləcəklər. Bunların sırasına Apple Pay, Google Pay kimi qlobal alətlər, həmçinin Azərikard-ın geniş texniki imkanları və digər üstünlüklərindən istifadə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR