AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub

AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
# 30 may 2024 17:35 (UTC +04:00)

Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, korporativ sosial məsuliyyət tədbirləri, həmçinin dünya üzrə qeyd edilən Daxili Audit Ayı çərçivəsində ətraf mühiti sağlamlaşdırmaq və ekoloji davamlılığa töhfə vermək məqsədilə ağacəkmə aksiyasına qoşulub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AccessBank-ın dəstəyi ilə Bakı Limanı və Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan Chapter) üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakı Limanı ərazisində 170 ədəd zeytun və şam ağacı əkilib.

Həyata keçirilən ağacəkmə aksiyası AccessBank-ın ətraf mühitə tullantıları azaltmaq, ekoloji davamlılığı dəstəkləmək və sağlam ətraf mühit sahəsində həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. AccessBank hazırda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəal işləyir və müxtəlif ekoloji layihələri dəstəkləyir, müştəriləri və tərəfdaşları bu mühüm təşəbbüslərdə iştirak etməyə dəvət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR