Alastair Lukies : Azərbaycan Britaniyanın fintex təcrübəsindən yararlana bilər

Alastair Lukies : Azərbaycan Britaniyanın fintex təcrübəsindən yararlana bilər
# 30 noyabr 2023 14:55 (UTC +04:00)

Beynəlxalq maliyyə texnologiyası bazarının 10%-i Böyük Britaniyanın payına düşür. Bu çox böyük rəqəmdir. Azərbaycan da bu sahədə Böyük Britaniyanın təcrübəsindən yararlana bilər.

Bunu “APA-Economics”in sualına cavab olaraq "FinTech Alliance" şirkətinin sədri Alastair Lukies deyib.

“Azərbaycanda fintex istiqamətində inkişaf üçün çox böyük imkanlar var. Azərbaycanın fintex sahəsindəki vəziyyəti Böyük Britaniyada 10 il əvvəlki durumu xatırladır. Demək olar ki, həmin dövr, sizin vəziyyətiniz oxşar idi. Azərbaycanda bir çox banklar, o cümlədən "Paşa Holding"in tərkibinə daxil olan banklar bu sahənin inkişafına təkan verir".

O həmçinin əlavə edib ki, Fintex-lərin inkişafı üçün bankların yanaşması önəmlidir: “Düşünürəm ki, böyük banklar, dövlət qurumları, habelə tənzimləyici orqanlar bir-birilə çalışmalıdır. Maliyyə texnologiyaları və fintex sahəsi ilə əməkdaşlıq etməlidirlər. Bu halda onlar cəmiyyət üçün müsbət dəyişikliklərin əldə edilməsilə bağlı daha böyük şanslara malik olacaqlar. Yox əgər banklar öz mövqelərində qalacaqlarsa, maliyyə texnologiyaları sahəsi daha aqressiv olacaqsa, o zaman yeni nailiyyətlərin əldə edilməsinə, çətin ki, imkan olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR