2025-ci ilin I rübündə “Bloomberg” ticarət sistemində banklar arasında 22.6 mlrd. manat məbləğində 1162 ədəd təminatsız əqd bağlanıb.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, bu əməliyyatların həcm olaraq 94%-i 1-3 günlük olmuşdur. Bu dövr ərzində banklararası repo bazarında isə 2.4 mlrd. manat həcmində 133 əqd bağlanmışdır. Bu əqdlərin həcm olaraq 11%-i 1-3 günlük, 87%-i isə 6-8 günlük əməliyyatlar olub. Ümumilikdə, hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda yüksək aktivlik müşahidə olunub.