2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən dəyişməyib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
O, qeyd edib ki, kapital repatriasiyası isə 3,4 mlrd. dollar (ötən ilin eyni dövrünə nisbətən 5,5% az) təşkil edib. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə 998 milyon ABŞ dollarına (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) bərabər olub.