AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatıb

AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatıb
# 01 mart 2024 14:36 (UTC +04:00)

2024-cü il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650.3 milyon ABŞ dolları təşkil edib. Bu 2015-ci ilin yanvar ayından (12 milyard 680 milyon manat) bəri ən yüksək göstəricidir.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0.11% və ya 13.3 milyon dollar çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0.32%, 2023-ci ilin mart ayının 1-i ilə müqayisədə isə 23.4% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR