Azərbaycan bankları ötən il reklama 80 mln. manat xərcləyib

Azərbaycan bankları ötən il reklama 80 mln. manat xərcləyib
# 20 iyun 2024 17:25 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən bankların reklam xidmətləri üzrə xərclərinin həcmi məlum olub.

"APA-Economics"in hesablamasına görə, 2023-cü ildə ölkədə fəaliyyət göstərən banklar ümumilikdə reklam xidmətlərinə 78,9 milyon manat vəsait xərcləyib. Bank sektorunun reklam xərcləri 2022-ci ilə nisbətən 48% və ya 25,4 milyon manat, 2021-ci ilə nisbətən isə 72% və ya 33,1 milyon manat artıb. Belə ki, 2021-ci ildə banklar reklam xidmətlərinə 48,9 milyon manat, 2022-ci ildə isə 53,5 milyon manat vəsait ayırıb. 2022-ci ilə nisbətən 2023-cü ildə 18 bank reklam xərclərini artırdığı halda, 5 bank bu xərclərini optimallaşdırıb. Ümumilikdə 5 bank reklam xərclərini 1-10 milyon manat civarında artırıb.

Ən yüksək dinamika isə "Kapital Bank"da müşahidə edilib. Bank ötən il reklama ayırdığı vəsaitləri 10,2 milyon manat, 2021-ci illə müqayisədə isə 17,4 milyon manat artıraraq 26,3 milyon manata çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR