2025-ci ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36 milyard 519,9 milyon manat təşkil edib.
“APA-Economics” AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvarın 1-nə nisbətən 5% və 1.7 milyard manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə AMB-nin borc qiymətli kağızları illik müqayisədə 4.5% azalaraq 25 milyard 823,9 milyon manat, pul vəsaitləri 52.6% artaraq 8 milyard 588,7 milyon manat, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 6.5% azalaraq 1 milyard 129,358 milyon manat təşkil edib.
Ötən il AMB-nin öhdəlikləri 34 milyard 522,9 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 3.8% çoxdur. Bu dövrdə dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 0,8% artaraq 17 milyard 449,1 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9% azalaraq 6 milyard 265,2 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,1 dəfə artaraq 7 milyard 990,1 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri 3% azalaraq 1 milyard 175,2 milyon manat, rezident bankların qısamüddətli depozitlər isə 52.7% azalaraq 1 milyard 268.5 milyon manat təşkil edib.
2025-ci ilin yanvar ayının 1-nə AMB-nin cəmi kapitalı 1 milyard 997,035 milyon manat olub ki, bu da illik müqayisədə 28.5% çoxdur. Qurumin nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manata bərabər olub.