Azərbaycanda 4 milyon ABŞ dolları kapitallıq yeni vençur fondu yaradılıb.
"APA-Economics" xəbər verir ki, Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində bununla bağlı Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, Fondun yaradılmasında məqsəd Azərbaycanda ekosistemə töhfə vermək, startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etməkdir.