Azərbaycanda 5 BOKT-un vəzifəli şəxsləri məsuliyyətə cəlb olunub

Azərbaycanda 5 BOKT-un vəzifəli şəxsləri məsuliyyətə cəlb olunub
# 29 noyabr 2023 12:34 (UTC +04:00)

Beş Bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq:

Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “ASEL Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 3 000 manat, “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC-nin vəzifəli şəxsi 4 500 manat, “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 manat, “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 6 000 manat məbləğində cərimə edilib.

Bildiririk ki, qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR