Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10%-dən çox artıb

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10%-dən çox artıb
# 09 sentyabr 2024 17:45 (UTC +04:00)

2024-cü ilin sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3% artaraq 784,8 min, aktiv ƏDV ödəyicilərinin sayı 10,4% artaraq 50,4 min olub.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,1% artaraq 211 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR