2024-cü ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1% artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib.