Azərbaycanda əkin sahələrinin quraqlıq riskindən sığortasına başlanıla bilər

Azərbaycanda əkin sahələrinin quraqlıq riskindən sığortasına başlanıla bilər
# 02 oktyabr 2023 12:44 (UTC +04:00)

Azərbaycanda əkin sahələrinin quraqlıq riskindən sığortasına başlanıla bilər.

"APA-Economics" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadiqov deyib.

O bildirib ki, Azərbaycan quraqlığa məruz qalma riski olan ilk on ölkələrin siyahısındadır. Ona görə də bu layihənin üzərində çalışırıq. Müəyyən etmək istəyirik ki, quraqlıqla bağlı istehlakçılara hansı təminatlar verə bilərik, bunu necə qarşılaya bilərik. Təkcə bu il Azərbaycanda 200 min hektar ərazi quraqlığa məruz qalıb ki, bu da kifayət qədər böyük ərazi və böyük sayda əhalini əhatə edir.

Quraqlıq riski ilə bağlı tarifin hesablanmasına gəlincə, Fuad Sadıqov bildirib ki, zərərlilik riski yüksək olduğu üçün tariflər də artım ola bilər: "Türkiyə təcrübəsinə əsasən hər 100 manat yığım qarşısında ödənişlər 900 manat təşkil edir. Yəni, zərərlilik dəfələrlə yüksəkdir. Bu da təbii ki, tariflərə təsir edə bilər. Davamlı quraqlığa məruz qalan ərazilər üzrə tariflərin iki qat atması mümkündür. Amma burada dövlət dəstəyi də müzakirə mövzusudur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR