Azərbaycanın sığorta bazarı yanvar ayında 5,5% böyüyüb

Azərbaycanın sığorta bazarı yanvar ayında 5,5% böyüyüb
# 26 fevral 2024 14:19 (UTC +04:00)

2024-cü ilin yanvar ayında Azərbaycanda sığorta yığımları 5,5% və ya 7,3 milyon manat artaraq 139,1 milyon manata bərabər olub.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ötən ilin yanvar ayında sığorta bazarı üzrə yığımların həcmi 131,8 milyon manat təşkil edib.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 10,3% və ya 3,6 milyon manat artaraq 38,9 milyon manata yüksəlib. 2023-ci ilin yanvar ayında bu rəqəm 35,2 milyon manat olub.

Ötən il sığorta bazarının zərərliyi nisbətən artıb. Belə ki, 2023-ci ilin yanvar ayında sığortaçılar topladıqları hər 100 manatın 26,7 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin ilk ayında bu rəqəm 27,9 manata kimi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR