Azərbaycanın strateji valyuta ehtiyatları 70 mlrd. dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehtiyatları 70 mlrd. dollara yaxınlaşıb
# 21 iyun 2024 11:09 (UTC +04:00)

2024-cü ilin ilk 5 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1.8% və ya 1.3 mlrd. ABŞ dolları çoxdur.

Bundan əlavə qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR