2024-cü ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 128.5 milyon ABŞ dolları artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (421.4 milyon ABŞ dolları), portfel investisiyaları (609.6 milyon ABŞ dolları) və digər investisiyalar (-902.5 milyon ABŞ dolları) hesabına formalaşıb.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki,hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2.1 milyard ABŞ dolları azalmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-374.1 milyon ABŞ dolları), neft bonusu (456.4 milyon ABŞ dolları), portfel investisiyaları (-889.5 milyon ABŞ dolları) və digər investisiyalar (-1.3 milyard ABŞ dolları) hesabına formalaşıb.