Bank BTB Lombard krediti üzrə faizləri aşağı salıb

Bank BTB Lombard krediti üzrə faizləri aşağı salıb
# 21 fevral 2024 12:38 (UTC +04:00)

Bank BTB rəsmi iş yeri olmayan və təcili pula ehtiyacı olan şəxslərə Lombard krediti üzrə sərfəli şərtlərlə kampaniya təklif edir.

"APA-Economics" xəbər verir ki, şərtlərə əsasən Bank BTB-yə müraciət edən hər bir vətəndaş qızıl və qızıl zinət əşyalarını girov qoymaqla 50.000 AZN-dək pul vəsaitini illik 17%-dən 12 ay müddətinə əldə edə bilər. Kampaniya yeni və təkrar müştərilərə şamil edilir. Bununla yanaşı, Bank BTB kampaniyadan yararlanmaq istəyənlər üçün qiymətləndirmə xərcini 0 AZN təyin edib. Bu da o deməkdir ki, qızıl zinət əşyalarının qiymətləndirilməsi üzrə heç bir xərc tələb olunmur.

Kampaniyalardan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR