Bank sektorunda xanım əməkdaşların payı ortalama 38% təşkil edir

Bank sektorunda xanım əməkdaşların payı ortalama 38% təşkil edir
# 03 oktyabr 2023 11:09 (UTC +04:00)

Ümumi olaraq Azərbaycanda bank sektorunda xanım əməkdaşların payı ortalama 38%, yuxarı və orta idarəetmə səviyyələrində isə müvafiq olaraq ortalama 11% və 17% olub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı Maliyyə üzrə Sorğu” nəticələrində bildirilib.

Qeyd edək ki, sorğu nəticələrinə görə bank sektorunda fiziki qüsurlu əməkdaşların payı ortalama 1.5% təşkil edir. Yaş qrupları üzrə paylanmaya baxdıqda 71% əməkdaşların 21-40 yaş aralığında olduğu görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR