Azərbaycanda sığorta sektoru ötən il 13% böyüyüb

Azərbaycanda sığorta sektoru ötən il 13% böyüyüb
# 05 mart 2024 15:21 (UTC +04:00)

2024-cü il yanvarın 1-də Azərbaycan sığorta sektorunun aktivləri 1,8 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 13% çoxdur.

APA-Economics” bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir.

Bu dövrdə qiymətli kağızlara investisiyalar 32,4% artaraq 952 mln. manat təşkil edib. Sığorta şirkətlərinin dövlət qiymətli kağızlarına yatırım etdiyi investisiyalar 842 mln. manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 110 mln. manata yüksəlib. Bu isə müvafiq olaraq 33,2 % və 26,4 % çoxdur.

2023-cü ildə sığorta sektorunun depozit hesablarındakı vəsaitləri 325 mln. manat (1,9 % çox), pul vəsaitlərində olan digər aktivləri 94 mln. manat (21 % az), digər aktivləri isə 433 mln. (1,1 % az) manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR