Bu il BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu 3.5 dəfə artıb

Bu il BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu 3.5 dəfə artıb
# 13 iyun 2024 15:07 (UTC +04:00)

2024-cü ilin I rübündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 190 milyon 686 min dollar təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 136 milyon 343 min dollar çoxdur. 2023-ci ilin I rübündə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 54 milyon 343 min dollar təşkil edib.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycandan BƏƏ-nin iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 65 milyon 787 min dollar təşkil edib ki, bu da ötən ilin I rübü ilə müqayisədə 3 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1 milyard 508 milyon dollar, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi isə 330 milyon 451 min dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR