Bu il valyuta hərraclarında dollara tələb 2 dəfədən çox artıb

Bu il valyuta hərraclarında dollara tələb 2 dəfədən çox artıb
# 29 fevral 2024 12:29 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 16 valyuta hərracında 1 milyard 287.7 milyon ABŞ dolları satılıb.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfəçoxdur. Belə ki, ötən ilin yanvar-fevral aylarında keçirilən valyuta hərraclarında banklara 545 milyon ABŞ dolları satılıb.

Cari ilin fevral ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 870.6 milyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR