Bu ilin 9 ayında dövlət büdcəsinin profisiti 2.5 mlrd. manatı ötüb

Bu ilin 9 ayında dövlət büdcəsinin profisiti 2.5 mlrd. manatı ötüb
# 15 oktyabr 2024 12:44 (UTC +04:00)

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.6% artaraq 27 milyard 737 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin doqquz ayında büdcənin xərcləri isə 8.4% artaraq 25 milyard 174.3 milyon manata yüksəlib.

Bu ilin ilk doqquz ayında dövlət büdcəsinin profisiti 2 milyard 562.7 milyon manat təşkil edib.

2023-cü ilin eyni dövründə 1 milyard 137.5 milyon manat büdcə kəsiri qeydə alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR