Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 11%-dən çox artıb

Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 11%-dən çox artıb
# 05 avqust 2024 14:33 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsait ödənilib.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 11,25% çoxdur.

Yanvar-iyun aylarında qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb. Qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Hesabat dövründə 1 518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.

Altı ayda ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 1 826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR