Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb

Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
# 14 avqust 2024 12:45 (UTC +04:00)

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% artaraq 22 milyard 584,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 18 milyard 766,6 milyon manata bərabər olub.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında büdcənin xərcləri isə 10,4% artaraq 19 milyard 458,4 milyon manata yüksəlib. 2023-cü ilin ilk 7 ayında büdcə xərcləri 17 milyard 620,5 milyon manat təşkil edib.

Bu ilin ilk 7 ayında dövlət büdcəsinin profisiti 3 milyard 126,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 146,1 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR