Dövlət Xidməti İİB-lə halal ekosistemi müzakirə edib

Dövlət Xidməti İİB-lə halal ekosistemi müzakirə edib
# 05 dekabr 2023 13:20 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturu sahəsində görülən tədbirlər, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılan işlər barədə məlumat verib. Ölkədə halal keyfiyyət infrastrukturunun inkişafı məqsədilə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.

İslam İnkişaf Bankının ölkə əməliyyatları üzrə meneceri Fərid Xan keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.

Tərəflər görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri, bu sahədə təcrübə mübadiləsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR