Dövlət zəmanətli borcların 10 mln. manatdan çoxu xarici kreditlərin payına düşüb

Dövlət zəmanətli borcların 10 mln. manatdan çoxu xarici kreditlərin payına düşüb
# 29 fevral 2024 18:10 (UTC +04:00)

2024-cü il 1 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 11.434,4 milyon manat və ya 2023-cü il üzrə ÜDM-in 9,3 faizini təşkil edib.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanətinin 10.208,8 milyon manatı (6.005,2 milyon ABŞ dolları) və ya 89,3 faizi xarici kreditlərin, 1.225,6 milyon manatı və ya 10,7 faizi isə daxili kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun 4.440,0 milyon ABŞ dollarını və ya 73,9 faizini (7.548,0 milyon manatı) Cənub Qaz Dəhlizi QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir.

1 yanvar 2024-cü il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi ABŞ dolları– 64,1 faiz, avro – 22,2 faiz, manat – 7,1 faiz, yapon yeni – 4,2 faiz, digər valyutalar – 2,3 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR