Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib
# 12 aprel 2024 10:40 (UTC +04:00)

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.

APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4%-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, – hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR