DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq

DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq
# 03 oktyabr 2024 17:27 (UTC +04:00)

"Karbon qiymətləri 2030-cu ilə qədər iqlim dəyişikliklərini 32% azalda bilər. Biz artıq Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq".

"APA-Economics"xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, Azərbaycan karbon emissiyasının azaldılması və yaşıl iqtisadiyyata keçid kimi öhdəlikləri götürüb. Bu istiqamətdə ciddi işlər görülür.

"Bizə elə bir çərçivə lazımdı ki, həm vergi daxilolmalarını, həm ətraf mühiti, həm də sosial hədəfləri və iqlim öhdəliklərini yerinə yetirə bilək. Biz hələ Azərbaycanda daxili karbon bazarını yaratmamışıq. Karbon bazarları ilə bağlı təcrübəmiz yoxdur. Dövlət Vergi Xidməti olaraq müxtəlif bazar mexanizmlərini öyrənirik. Karbon qiymətqoyma və karbon kreditləri vasitəsilə emissiyaların azaldılması mexanizmlərini nəzərdən keçiririk" - deyə Samirə Musayeva əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR