Hesablama Palatası: Dövlət büdcəsində nəzərdə tutulmadığı halda ssudalar verilib

Hesablama Palatası: Dövlət büdcəsində nəzərdə tutulmadığı halda ssudalar verilib
# 12 sentyabr 2024 18:12 (UTC +04:00)

Bu il təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmadığı halda ssudalar verilib.

APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin yanvar-iyun ayları üzrə icra edilmiş dövlət büdcəsinin parametrlərinin təhlili barədə hesabatda bildirilib.

Qeyd edilib ki, 2024-cü il 01 iyul tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 3391,8 mln. manata bərabər olmaqla, ilin əvvəli ilə müqayisədə 2421,2 mln. manat artmışdır. Sərbəst qalığın artması baxılan dövrün yanvar və aprel aylarında əhəmiyyətli profisitin qeydə alınması və bu aylarda profisitli büdcə şəraitində kəsirin maliyyələşdirilməsindən daxilolmalarla əlaqəli olmuşdur. 1-ci yarımil üzrə profisitin nəzərdə tutulması və faktiki olaraq qeydə alınması fonunda hesabat dövrünün bütün aylarında sərbəst qalığın idarəetmədən kənarda qalan hissəsi idarəetməyə verilmiş vəsait həcmini üstələyib.

Yanvar və fevral aylarında Dövlət Neft Fondunda idarəetmədə olan 480,0 mln. ABŞ dolları mart ayında geri çağırılmış, növbəti aylarda sərbəst qalıq vəsaiti idarəetməyə verilməmişdir. Bununla da, sərbəst qalığın xarici valyutada idarəetməyə verilən hissəsi sıfırlanıb.

Bildirilib ki, idarəetməyə verilmiş 0,6 mln. manatdan əlavə, idarəetməyə verilmiş “Digər” vəsaitlərin həcmi növbəti aylarda davamlı artaraq, dövrün sonuna 1190,9 mln. manata yüksəlmişdir ki, bu da 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmadığı halda büdcə ssudalarının verildiyini deməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR