Hesablama Palatasının sədri: Qanun xof yaratmaq üçün deyil

Hesablama Palatasının sədri: Qanun xof yaratmaq üçün deyil
# 01 dekabr 2023 10:54 (UTC +04:00)

Qanun ona görə qəbul edilir ki, o sizin gündəlik fəaliyyətinizə dəstək olsun.

APA-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda keçirilən tədbirdə deyib.

"Köhnə qanunun qüvvədə olduğu 20 il müddətində bu sahədə olan problemlərlə kifayət qədər məşğul ola bildik. Qanun xof üçün və problem üçün deyil. Qanun problemin həlli üçündür. Əgər hər hansı hüquqi aktın tətbiqində problem varsa və onu həyata keçirmək qurum üçün problem yaradırsa, bu qanuna yenidən baxılmalıdır. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirir", - deyə o əlavə edib.

V. Gülməmmədov həmçinin əlavə edib ki, Hesablama Palatası dövlət satılalmalarının auduti üzrə təlimat üzərində işləyir: "Təlimat yekunlaşmaq üzrədir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarında dəyişiklik olacaq. Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracıq. Təlimatın məqsədi Palatanın funksiyonal vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR