I yarımildə Azərbaycanın turizm xidmətləri ixracı 1 mlrd. dollara yaxınlaşıb

I  yarımildə Azərbaycanın turizm xidmətləri ixracı 1 mlrd. dollara yaxınlaşıb
# 12 sentyabr 2024 12:22 (UTC +04:00)

2024-cü ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.4% artaraq 1.7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.6 milyon ABŞ dolları) idxalı (717.3 milyon ABŞ dolları) üstələməsi nəticəsində 229.3 milyon ABŞ dolları həcmində profisit yaranıb.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717.3 milyon ABŞ dolları olub. Bunun 78.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.(məkik idxal üçün vəsaitlər istisna olmaqla).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR