ING: 2024-2025-ci illərdə Azərbaycanda inflyasiya daha da azalacaq

ING: 2024-2025-ci illərdə Azərbaycanda inflyasiya daha da azalacaq
# 15 aprel 2024 11:54 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING Azərbaycanda 2024-2025-ci illər üzrə inflyasiyanın daha da azalacağını proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 4,4%-dən 3,1%-ə, 2025-ci ildə 5,5%-dən 3,8%-ə endirib. Bu il və gələn il üçün açıqlanan yeni proqnoz mart ayında açıqlanan proqnoza nisbətən müvafiq olaraq 1,3% və 1,7% bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 1,2%, üçüncü rübdə isə 2,7 %, dördüncü rübdə isə 4,2% səviyyəsində gözlənilir.

Qeyd edək ki, Dünya Bankının yeni açıqladığı hesabatına əsasən Azərbaycanda 2024-cü ildə illik inflyasiyanı 3%, 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 4 % proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR