ING: AMB bu il uçot dərəcəsini 7,5%-ə endirəcək

ING: AMB bu il uçot dərəcəsini 7,5%-ə endirəcək
# 22 fevral 2024 14:14 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu 0,5% bəndi azaldıb.

"APA-Economics" xəbər verir ki, ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 8%-dən 7,5%-ə, 2025-ci ilin birinci rübü 7,75%-dən 7,25%-ə, 2025-ci ilin sonu üzrə 7%-dən 6,5%-ə endirib.

Qeyd edək ki, Mərkəzi Bank son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu ilin yanvar 31-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.00%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.0%-dən 8.75%-ə kimi azaldılıb. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını mart ayının 28-də açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR