ING Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

ING Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
# 04 dekabr 2023 11:11 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, ING 2023-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 1,2%-dən 0,6%-ə endirib.

ING 2024-cü ilin birinci rübü üzrə iqtisadi artımı 4%, 2-ci rübü üzrə 2,5% proqnozlaşdırıb. Ümumilikdə isə korporasiya qarşıdakı iki il üzrə proqnozunu isə dəyişməyib. Yəni, Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnoz 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edilib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR