İslam İnkişaf Bankı Qrupunun növbəti ənənəvi illik toplantısı 2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.
APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə İslam İnkişaf Bankına üzv ölkələrin Əlcəzairdə keçirilən ənənəvi illik toplantısının yekun mətbuat konfransında qurumun prezidenti Məhəmməd Süleyman Əl-Cassir deyib.
O bildirib ki, təmsil etdiyi maliyyə qurumu Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə əmindir.