İslam İnkişaf Bankının sığorta qurumu Türkiyə ilə bağlı investisiya layihəsini 37 milyon avro həcmində sığortalayıb

İslam İnkişaf Bankının sığorta qurumu Türkiyə ilə bağlı investisiya layihəsini 37 milyon avro həcmində sığortalayıb
# 22 may 2025 13:17 (UTC +04:00)

İslam İnkişaf Bankının nəzdindəki İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası İslam İnkişaf Bankı tərəfindən Türkiyədə həyata keçirilən "Nakkaş - Başakşehir" magistral yolunun investisiyalaşdırılması layihəsinə 37 milyon avro həcmində vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd edilib ki, bu barədə imzalanan sənədə görə, bu layihənin icrasına "Standard Chartered" tərəfindən ayrılan vəsait sığortalanıb.

Sığorta müqaviləsi Əlcəzairdə keçirilən İslam İnkişaf Bankına üzv ölkələrin ənənəvi illik toplantısı çərçivəsində imzalanıb.

Sənədi korporasiyanın direktoru Xalid Yusif Xələfullah və "Standard Chartered" Agentliyin inkişaf və maliyyələşmə üzrə direktoru Punit Şarma imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR