Maliyyə Nazirliyinin yerli bölmələri regional idarələrlə əvəz edilib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Nazirlikdən bildirilib.
Məlumata görə, yeni struktura əsasən, Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.
Qeyd edilib ki, regional maliyyə idarələri iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq yaradılıb. Məqsəd yerli bölmələrin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etməkdir.