Mərkəzi Bank artan xərclərlə bağlı valyuta satışını artıra bilər

Mərkəzi Bank artan xərclərlə bağlı valyuta satışını artıra bilər
# 18 sentyabr 2024 11:12 (UTC +04:00)

Cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, ilin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur.

"Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcəkdir" - açıqlamada bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR