Mərkəzi Bank investisiya şirkətlərinin korporativ idarəetmə standartlarını təsdiq edib

Mərkəzi Bank investisiya şirkətlərinin korporativ idarəetmə standartlarını təsdiq edib
# 20 fevral 2024 09:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”təsdiq edib.

"APA-Economics" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd edilib ki, bu Standartlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 31.13-cü maddəsinə müvafiq olaraq beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanıb və investisiya şirkətlərində korporativ idarəetmə standartlarını müəyyən edir. Məqsəd korporativ idarəetməyə dair qanunla müəyyən olunmuş tələbləri əsas tutaraq investisiya şirkətlərində etibarlı, şəffaf idarəetmə və hesabatlılıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.

Qərara əsasən, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” gələn il fevralın 8-də qüvvəyə minəcək.

AMB həmçinin, Azərbaycanda investisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma qaydasını təsdiqləyib.
Bu qayda investisiya şirkətləri tərəfindən, habelə investisiya xidmətlərini həyata keçirən banklar və xarici bankların yerli filialları tərəfindən göstərdiyi investisiya xidmətləri barədə Azərbaycan Mərkəzi Bankına təqdim edilən hesabatlara dair tələbləri və Mərkəzi Banka təqdim edilməsi qaydalarını müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR