Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib
# 06 dekabr 2023 12:53 (UTC +04:00)

Dekabrın 5-də Azərbaycan Mərkəzi Bankında media nümayəndələri üçün növbəti təlim təşkil olunub.

"APA-Economics" xəbər verir ki, təlimdə “Ödəniş sistemləri və Ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu” və “Gəlirlilik əyrisi” mövzularında təqdimatlar keçirilib. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Təlimdən sonra iştirakçıların sədr Taleh Kazımovla görüşü keçirilib. Görüşdə jurnalistləri maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR