Naxçıvan iqtisadiyyat nazirinin müavini, nazir əvəzi təyin edilib

Naxçıvan iqtisadiyyat nazirinin müavini, nazir əvəzi təyin edilib
# 08 dekabr 2023 18:35 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan MR İqtisadiyyat nazirinin müavini təyin edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Abbas Cəlil oğlu İsmayılova həvalə edilib.

“Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də də dəyişiklik edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan MR Ali Məclisi sədrinin 2014-cü il 14 may tarixli fərmanında dəyişiklik olunub. Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin bundan sonra bir deyil, iki müavini olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR