Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib
# 04 mart 2024 18:14 (UTC +04:00)

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib.

Ləğv edilmiş Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli 55/S nömrəli Sərəncamında nəzərdə tutulan daşınmaz əmlak istisna olmaqla) və nəqliyyat vasitələri isə özəlləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin daşınmaz dövlət əmlakı Azərbaycan Dövlət Neft Şirkətinin balansına verildiyindən müəssisə ləğv edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 2024-cü il 4 mart tarixdə sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR