Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 28% azalıb

Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 28% azalıb
# 23 fevral 2024 12:24 (UTC +04:00)

2023-cü ildə Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 170 mln. 929 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 50% və ya 57 mln. 720 min manat çoxdur. Belə ki, 2022-ci ildə 113 mln. 840 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8.5% və ya 7 mln. 629 min manat çoxdur. Əvvəlki ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 90 mln. 280 min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 27.7% azaldıb. Belə ki, 2022-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 79.3 manatını ödənişə yönəltmişdilərsə, ötən il bu rəqəm 57.3 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR