Ötən il investorlara 1.8 mlrd. manata yaxın əsas borc qaytarılıb

Ötən il investorlara 1.8 mlrd. manata yaxın əsas borc qaytarılıb
# 29 fevral 2024 18:19 (UTC +04:00)

1 yanvar 2024-cü il tarixinə daxili dövlət borcunun 6.339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9.351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, dövriyyədə olan 6.339,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,72 təşkil edib. Strategiyaya uyğun olaraq, dövlət istiqrazlarının müddətinin mərhələli şəkildə uzadılması məqsədilə orta və uzunmüddətli dövlət istiqrazlarının həcminin artırılması Orta Ödəmə Müddətinin artmasına səbəb olub.

Hesabat tarixinə dövriyyədə olan 6.515,4 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 18,5 faizi 1 illik, 66,0 faizi 2 və 3 illik, 15,6 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşüb.

2023-cü il ərzində dövlət istiqrazları üzrə investorlara 1.716,4 milyon manat məbləğində əsas borc, 197,7 milyon manat məbləğində faiz ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR