Region ölkələrinin birgə investisiya layihələrinə ehtiyac var.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistanın hökumət nümayəndələrinin birgə müzakirəsi zamanı Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin müavini Olimjon Umarov deyib.
“Region ölkələri startaplar genişləndirilməsinə, onlayn ticarətin inkişafına dəstək göstərməlidir. Ticarət sahəsində baryerlər aradan qaldırılmalıdır. Bunun üçün qanunvericilik çərçivələrinə yenidən baxılmalıdır. Həmçinin, region ölkələri rəqəmsal texnologiyalar sahəsində birgə proqramlar icra edə, təcrübə və bilik mübadiləsi apara bilər” - nazir müavini əlavə edib.