2008-ci ildən etibarən ölkəmizdə keçirilən və pandemiya səbəbindən bir neçə ildir ki, təxirə salınan Beynəlxalq Sığorta Forumu bu il yenidən həyata keçirildi. Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfdaşlığı, ASA və “Xprimm Events” şirkətinin təşkilatçılığı, PAŞA Sığortanın baş sponsorluğu ilə keçirilən forumda 250-dən artıq yerli və xarici sığorta nümayəndələri iştirak edib.
20-21 iyun tarixlərində baş tutan forumda AR Mərkəzi Bankının sədri Taleh Kazımov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, PAŞA Sığorta İdarə Heyətinin sədri, eyni zamanda ASA Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova öz açılış nitqləri ilə forum iştirakçılarını salamlayıblar.
İki gün davam edən forumda Almaniya, Rumıniya, Fransa, Türkiyə, Rusiya, Makedoniya və digər ölkələrdən dəvət olunmuş sığorta mütəxəssisləri öz təcrübələrini, araşdırmalarını forum iştirakçıları ilə paylaşıblar.
Forumda Azərbaycan sığorta bazarının mövcud vəziyyəti, gələcəyin sığorta perspektivləri, iqlim dəyişikliyinin sığorta sektoruna təsiri, bank sığortaçılığı, sağlamlıq və avtomobil sığorta növləri barədə geniş müzakirələr aparılıb.
Pandemiya sonra sağlamlıq sığortası panelində çıxış edən PAŞA Sığorta Tibbi Agile komandasının inzibatçısı Murad Məmmədzadə öz çıxışında qeyd edib ki: “Bu gün deyə bilərik ki, rəqəmsal optimallaşdırma və ya rəqəmsallaşma müştərilər üçün qənaətbəxş nəticələr yaradır, lakin bir neçə ildən sonra rəqəmsallaşdırmanın olmaması və ya yaxşı rəqəmsal həll müştərilərin narazılığına səbəb olacaq. Buna görə də inanıram ki, bu təkamül prosesidir və onu uyğunlaşdırmaq fikrində olmayan hər kəs gec-tez oyundan kənarda qalacaq”.
Avtomobil sığortası – texnologiyaya əsaslanan dəyişikliklər panelində çıxış edən PAŞA Sığorta şirkəti Avtomobil və Rəqəmsal Sığorta sahəsinin rəhbəri Adil Bəkirov: “Bizim rəqəmsal strategiyamız 2 əsas hissədən ibarətdir. Birincisi müştərilərə təqdim etdiyimiz xidmətin rəqəmsallaşması, digəri isə daxili proseslərimizin tam rəqəmsallaşmasıdır”. – deyə bildirib.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən biridir.
PAŞA Sığorta Beynəlxalq Sığorta Forumunun qızıl sponsoru olub - FOTO

Xəbər Lenti
APA TV-də XƏBƏRAPARAN - CANLI
Mərkəzi Bank rəhbərliyinin əmək haqqı ödənişləri 40% artıb
FHN məktəblərdə mülki müdafiə tədbirləri keçirib - VİDEO
Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı dinləmələr keçirəcək
"Azəriqaz" Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib - FOTO
"Azeri Light" nefti ucuzlaşıb
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
Dünya bazarlarında neftin qiyməti azalıb
NATO nümayəndə heyəti ilə hərbi əməkdaşlıq çərçivəsində görüşlər keçirilib
Azərbaycan Mərkəzi Bankı aktivlərini 5% artırıb
Ötən gecə Rusiya 112 Ukrayna PUA-nı məhv edib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb, ekstradisiyası gözlənilir
Bu günün valyuta məzənnələri
Qəzzada İsrail tərəfindən saxlanılan 10 fələstinli azad olunub
ABŞ Suriyaya qarşı sanksiyaları ən qısa zamanda ləğv edəcək
Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağılıb
Cənubi Koreya və ABŞ hərbi kontingentin azaldılmasını müzakirə etməyib
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
İsrail ordusu Bekaa vadisinə hava zərbələri endirib
KİV: Fransa Baltikyanı ölkələrə kəşfiyyat gəmisi göndərib
ABŞ Cənubi Koreyadan təxminən 4500 əsgərini çıxara bilər
Harvarddan sonra digər universitetlərdə də əcnəbilərin qəbulu qadağan edilə bilər
Moskva yenidən PUA hücumuna məruz qalıb
Əlcəzair Qəzzaya yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərin ləğvi üçün qətnamə layihəsi hazırlayıb
G7 Rusiyanı daha sərt sanksiyalarla hədələyib
İslam İnkişaf Bankı 2024-cü il üçün hesabatını açıqlayıb
Sanksiyalar ləğv olunarsa İran nüvə fəaliyyətlərinə nəzarət etməyə icazə verəcək
İsrail ordusu Livanın cənubunda bir binaya zərbələr endirib
Hikmət Hacıyev Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Harvard Universitetinin xarici tələbə qəbul etmək sertifikatı ləğv edilib
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb
Moskvaya doğru uçan 8 pilotsuz təyyarə Rusiya ordusu tərəfindən vurulub
Ermənistanın Azərbaycana qarşı imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
“Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olunub
Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub öldürüb - YENİLƏNİB
APA TV yayım dairəsini genişləndirir
Türkiyə MTŞ-nın iclası zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunub
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub
İslam İnkişaf Bankının gələn il illik toplantısı Bakıda keçiriləcək
Rusiya-Ukrayna sərhədində "bufer təhlükəsizlik zonası" yaradılması barədə qərar qəbul edilib
Azercell prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib